Çərşənbə, 27 May 2015 16:34
Gəncədəki fləşmob Ginnes Rekordlar Kitabına düşə bilər
İlk Avropa oyunları ərəfəsində Gəncədə altı min nəfərin iştirakı ilə fləşmob keçirilmişdir. haqqin.az. saytının məlumatına görə,Heydər Əliyev meydanına toplaşan gənclər Avropa oyunları simvollarını əks etdirən fləşmob təşkil ediblər.
Bu aksiyanı Ginnes rekordlar Kitabının komissiyası da izləyib.
Bu yaxınlarda iraqda 4200 nəfərin iştirakı ilə İraq bayrağını əks etdirən fləşmob keçirilmişdir.
Gəncədəki fləşmob ən kütləvi olduğundan Ginnes rekordlar Kitabına düşə bilər. Kitabın komissiyası bu məsələni nəzərdən keçirəcək.
Xatırladaq ki, tarixdə ilk dəfə Avropa oyunları 12-28 iyun taxinində Azərbaycanın paytaxtında keçiriləcəkdir. Bakı Avropanın müxtəlif ölkələrindən 6 min idmançının qatılacağı möhtəşəm yarışlara tam hazırdır.