Mayın 20-də “ELS” İctimai TV-nin efirində
Mayın 20-də saat 19.00-da ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İctimai Televiziyanın “Açıq dərs” verilişində “Uşaq və yeniyetmələrin formalaşmasında psixoloji aspektlərin araşdırılması” mövzusu müzakirə predmeti olacaq.
Ekspertlər “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təmsilçisi Aynur Veysəlova, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, ailə psixoloqu Elnur Rüstəmov və Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı ilə birgə keçirilən ictimai müzakirələri qaçırmayın!