Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə axşamı, 07 May 2015 09:10

Yenidən “Açıq dərs”dəyik

06.05.2015“Mənəvi sərvətimizi necə qoruyaq?”

Mayın 6-da ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İctimai Televiziyanın “Açıq dərs” verilişində növbəti müzakirələr keçirilmişdir.

“Açıq dərs” studiyanın ekspertləri “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru İradə Yaqubova, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, professor, bəstəkar Oqtay Rəcəbov, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə “Mənəvi sərvətimizi necə qoruyaq?”mövzusu ətrafında apardıqları maraqlı fikir mübadiləsi ilə yadda qalıb.

Press-reliz  FOTOQALEREYA

Layihənin rəhbəri İradə Yaqubovanın fikrincə, qloballaşan dünyada və Azərbaycanın dünyaya inteqrasiya etdiyi bir vaxtda mənəvi dəyərlərimizi qoruyub saxlamağı bacarmalıyıq ki, gələcək nəsillərə ötürək. 

Professor Nizaməddin Şəmsizadə böyük fransız folosofu Russonun “O şey ki mənəvi əxlaqi cəhətdən məqbul deyil, o hec bir cəhətdən məqbul sayıla bilməz” fikrinə əsaslanaraq, mənəviyyət və əxlaqın qorunmasının hər bir cəmiyyətin formalaşması üçün olduqca vacib olduğunu bildirdi. Onun sözlərinə görə, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra milli-mənəvi dəyərlərinin əsl sahibi olmaq hüququ qazandı.  Qloballaşma dövründə sərhədlər açılıb və mədəniyyətlər bir-birinə inteqrasiya edir ki, bu da milli dəyərlərin qorunması məsələsində ciddi problemlərlə müşahidə olunur. Onun fikrincə, bununla bağlı dövlətin xüsusi konsepsiyası olmalıdır.

Professor Oqtay Rəcəbovun qənaətinə görə, mənəvi dəyərləri təkcə dövlət yox, onu təşkil edən xalqın bütün nümayəndələri, adi məktəblisindən aliminə qədər qorumalıdır. Təbii ki, o dəyərlərdən biri və bəlkə ən vacibi musiqi əsərləridir. Bir xalq olaraq milli dəyərlərimizi qorumasaq, dövlət səviyyəsində belə onu etmək mümkün deyil. “Üzdəniraq qonşularımızın torpaqları özünkü olmadıqları kimi musiqi əsərləri də yoxdur və onlar musiqi əsərlərimizi oğurlayaraq dünya miqyasına çıxarırlar ki, bu bizim xalq musiqimizdir. Ona görə, Azərbaycan bəstəkarları musiqi əsərlərini dünyaya tanıtmalı və təbliğ etməlidir”, - deyə bəstəkar vurğuladı.

Professor Nazim Kazımov milli-mənəvi dəyərlərimizə böyük önəm verən dahi Üzeyir bəyin musiqi sahəsində milli kadrların yetişməsində gördüyü əvəzsiz işlərdən söhbət açdı və bildirdi ki, rəhbərlik etdiyi Musiqi Kolleci 100 il əvvəl olduğu kimi bu gün də milli kadrlar yetişdirir ki, bu gün onların səsi Azərbaycandan kənardan gəlir. 

Orta məktəblərdəki dərsliklərdə milli-mənəvi dəyərlərin qorunmasına gəlincə, İradə Yaqubova son illər ərzində keçirdiyi araşdırmaların musiqi dərsliklərin uşaqlara çatdırılma mexanizminin olmadığını üzə çıxardığını dedi. Audioyazıların vacibliyindən danışan ekspert bununla bağlı Təhsil Nazirliyinə təkliflərlə müraciət etdiyini qeyd etdi. Meneviservetimiz.az saytında yerləşdirilən uşaq musiqi əsərlərindən söhbət açan İ.Yaqubova neçə-neçə mahnının arxivlərdən çıxarıb bərpa etdiklərini də dilə gətirdi.

Müzakirələr zamanı bir çox maraqlı fikirlər və təkliflər səsləndi. 

Oxunub 2003 dəfə