“Nə qədər ki, Azərbaycan var, mən də varam!”
Azərbaycanın ümummilli lideri Heydər Əliyev yaşasaydı bu gün onun 92 yaşı taman olacaqdır. O, Azərbaycan xalqının tarixində müstəsna xidmətləri ilə iz buraxmış, müstəqil Azərbaycanı bizə miras qoymuş, 100 ildə bir dünyaya gələn dahi bir şəxsiyyətdir. Dünya miqyaslı siyasətçi Heydər Əliyev yeni tariximizi yazmış, gündən-günə inkişaf edən bir məmləkətin qurucusu və hələ sağlığında adını tarixə qızı hərflərlə yazmış XX yüzilliyin dahisidir.
H.Əliyevin Azerbaycanın inkişafı uçün atdıgı addımları saymaqla bitməz. O, vaxtilə demişdir: «Nə qədər ki, Azərbaycan var, mən də varam! Mən isə Azərbaycanda həmişə olacağam».
Bu gün, mayın 10-u Azərbaycan xalqı Ulu Öndərin ad gününü qeyd edir. O, hər zaman milyonların yaddaşında və ürəklərdə mərd, zəhmətkeş, Vətən üçün yaşayan şəxsiyyət kimi yaşayacaqdır.