ANONS! Mayın 13-ü ELS İctimai Televiziyanın efirində
ELS" Müstəqil Araşdırmalar Mərkəzi - İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziya ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Məktəb-valideyn-şagird münasibətləri” mövzusu ətrafında “Açıq dərs” verilişinin çəkilişləri artıq başa çatmışdır. Ekspertlər “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri İradə Yaqubova, Təhsil Nazirliyinin ümumtəhsil sektorunun müdiri Firidun Həmzəyev, Təhsil Problemləri İnstitutunun şöbə müdiri, əməkdar müəllim Almaz Həsrət, XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyinin sədri Əliyev Etibar Qasım oğlu və studiyanın qonaqları, o cümlədən ümumtəhsil məktəblərinin səlahiyyətli nümayəndələri, müəllimlər, valideynlər və QHT sektorunun rəhbərlərinin iştirak etdiyi proqram mayın 13-də axşam saat 19:00-da İctimai Televiziyanın efirində yayımlanacaq.