“ELS”-in ilk verilişi ictimai müzakirələrlə yadda qaldı
Aprelin 29-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziyası ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Açıq dərs” verilişinin ilk efiri olub. “Milli-mənəvi dəyərlərin qorunmasında vətəndaş cəmiyyətinin iştirakı” mövzusu ətrafında studiyanın ekspertləri Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri İradə Yaqubova, Təhsil nazirliyinin təmsilçisi Elçin Sərdarov, İctimai Televiziyanın Gənclər, Elm və Təhsil Departamentinin direktoru Zaur Mahmudov və QHT sektorunun nümayəndələri ilə birgə aktual və maraqlı müzakirələr keçirilib.
Hər çərşənbə günü axşam saat 19:00 efirə gedəcək növbəti 5 verilişdə də cəmiyyəti narahat edən aktual məsələlərdən söhbət gedəcək.