ELS-in layihəsi çərçivəsində İTV-də “Açıq dərs” verilişlərinin çəkilişləri başlanıb
“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziyası ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Açıq dərs” verilişlərinin çəkilişlərinə başlamışdır. 6 buraxılışdan ibarət silisilə verilişlərin hər birisi milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə ötürülməsi ilə bağlı müxtəlif mövzulara həsr olunmuşdur. Hər bir mövzuya müvafiq müzakirə iştirakçılarının seçimi və dəvəti prosesi artıq başa çatmışdır.
Layihə çərçivəsində ictimai müzakirələrə təqdim olunan mövzular:
Milli-mənəvi dəyərlərin qorunmasında vətəndaş cəmiyyətinin iştirakı (efir tarixi – 29 aprel 2015, 21.40);
Mənəvi sərvətimizi necə qoruyaq? (efir tarixi – 6 may 2015, 21.40);
Uşaq və yeniyetmələrin formalaşmasında psixoloji aspektlərin araşdırılması (efir tarixi – 20 may 2015, 21.40);
Məktəb-valideyn-şagird münasibətləri (efir tarixi – 13 may 2015, 21.40);
Kitab dostumuzdur, yoxsa... (efir tarixi – 27 may 2015, 21.40);
Uşaqların asudə vaxtının təşkili (efir tarixi – 3 iyun 2015, 21.40).