“ELS” təbrik edir!
Fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın bir sıra tanınmış mədəniyyət xadimlərinə fəxri adlar verilib. Onların arasında xalq mahnılarının mahir ifaçıları Gülyaz və Gülyanaq Məmmədova bacıları da var.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi bu xanımlarla 2012-ci ildə Azərbaycanın ilk qadın-bəstəkarı, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin tələbəsi, ictimai xadim Ağabacı Rzayevanın 100-illik yubileyinə həsr olunmuş gecəyə hazırlıq ərəfəsində tanış olmuşdur. Dekabrin 10-da Rəşid Behbudov adına Mahnı Teatrında “ELS” Müstəqil Arazdırmalar Mərkəzinin təşkilatçılığı ilə Ağabacı xanım Rzayevanın 100 illik yubileyinə həsr olunmuş gecədə Gülyaz və Gülyanaq Məmmədovalar boyük həvəs və təmannasız olaraq bəstəkarın əsərlərini ifa etmişlər. Bundan əlavə Təşkilatın 2013-cü ilə keçirdiyi “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin qala konsertində Gülyanaq Məmmədova qalib mahnı olan “Ana laylası”nı ifa etmişdir. Azərbaycan incəsənətinin gözəl nümayəndələri ilə əməkdaşlıq bu gün də davam edir.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Xalq artisti adına layiq görülmüş Gülyaz və Gülyanaq Məmmədovları təbrik edir, yaradıcıqlarında yeni-yeni uğurlar arzulayır.