“ELS” kədərlənir...
Ötən gün Pakistanda heç cür ağla sığmayan dəhşətli faciə baş verib. Milliyyəti və dini bilinməyən (terrorçunun nə milliyyəti, nə də dini olur) 9 amansız qatil Peşavar vilayətinin nüfuzlu məktəbinə basqın edərək orada qırğın törədiblər. Rəsmi məlumata görə, faciə nəticəsində 150 nəfər həlak olub, bir o qədər də insan yaralanıb və bu, əsasən...məktəblilərdir.
Amansız qatillərin əlindən həlak olan uşaqlar və yeniyetmələrin yaxınlarının vəziyyəti və kədərini təsəvvür etmək belə çətindir. Onları yaşamaq, oxumaq, gələcəyə ümidlə baxmaq hüququndan məhrum ediblər!
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır.
Allah rəhmət eləsin!