Ölməz əsərləri ilə yaşayan dahi bəstəkar
Tofiq Quliyev… Azərbaycan caz və estrada, kino musiqisinin banisi, XX-ci əsrdə yaşayıb-yaradan, istər böyüklər, istərsə də uşaqlar tərəfindən sevilən dahi bəstəkar, dirijor və pianoçu. Bu gün, noyabrın 7-də Tofiq Quliyevin dünyaya göz açdığı gündür.
Bir çox simfonik əsərlərin müəllifi olan Tofiq müəllim XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələri, o cümlədən "Bakı payızı"nı yaratmışdır. Nəvəsi Cəmilə Muradasilovaya həsr etdiyi fortepiano üçün "Cəmilənin albomu" uşaq pyesləri məcmuəsindən uşaq musiqi məktəblilərinin repertuarında geniş istifadə edilir. O, “Bəxtiyar”, “Ögey ana”, “Möcüzələr adası”, “Şir evdən getdi” “Qayğı”, “Şəfa nəğməsi”, “Qardaşlıq köməyi”, “Əbədi Odlar ölkəsi” və bir çox bədii və sənədli filmə musiqi bəstələmiş, bununla da adını Azərbaycan kino tarixinə əbədi olaraq qızıl həriflərlə yazmışdır.
Deyirlər ki, həyatda əvəzolunmaz insan yoxdur, təkrarolunmaz var. Amma Tofiq Quliyevdən sonra onu nə əvəz edən, nə də təkrarlayan tapıldı. Bu böyük şəxsiyyətin elə bir dəstixətti var idi ki, onun obrazı yaratdığı musiqi əsərlərinin ilk akkordlarında canlanır. İllər ötür, nəsillər dəyişir, lakin Tofiq Quliyevin mahnıları sevilir və yaşayır.