Hörmətli həmkarlar,
“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 21 oktyabr 2014-cü il tarixində saat 11.00-da Beynəxalq Mətbuat Mərkəzində (ünvan: Mətbuat prospekti 23, böyük zal) AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinin yekun təqdimatını keçirəcəkdir.
Uşaq yaradıcılıq mərkəzlərinin rəhbərləri və Bakı şəhəri orta təhsil məktəblərinin təmsilçılərinin iştirakı ilə keçiriləcək tədbirə Prezident Aparatı, AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyətli rəsmi qurumların təmsilçiləri, görkəmli mədəniyyət və incəsənət xadimləri, yerli QHT-lər, beynəlxalq təşkilatlar və KİV nümayəndələri dəvət olunmuşdur.
Tədbirdə layhənin yekun təqdimatı ilə yanaşı ELS-in 2013-cü ildə AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin qalib mahnılarının not albomu və audiodiskdən ibarət toplumun təqdimatı və paylanılması nəzərdə tutulmuşdur.
Sizləri tədbirə dəvət edirik və inanırıq ki, uşaq mahnılarının yenidən gündəmə gəlməsində mühüm rol oynayacaqsınız.