Hansı musiqi uşaqların inkişafını sürətləndirir?
Tel-Aviv-dən olan bir qrup alim musiqinin uşaqların artım prosesinə təsir göstərdiyini sübüt edib. Tədqiqatlar zamanı alimlər körpələrə hansı musiqiyə qulaq asmağın daha faydalı olduğunu müəyyənləşdiriblər. Tədqiqatlar göstərib ki, Mosartın əsərləri vaxtından qabaq doğulmuş uşaqlarda maddələr mübadiləsini azaldır ki, bu da çəkinin daha tez artmasına səbəb olur.
Belə ki, musiqiyə cəmi 10-30 dəqiqə ərzində qulaq asmaq maddələr mübadiləsini 13% azaldır. Bu tədqiqat yalnız Motsartın əsərlərinin istifadə ilə keçirilmişdir. İstisna deyil ki, başqa əsərlər də oxşar təsir göstərəcək.
Əvvəllər də alimlər dəfələrlə hamilə qadınlara klassik musiqini dinləməyi məsləhət görmüşlər. Çünki bu, körpənin fiziki və psixoloji inkişafına müsbət təsir göstərir. Öz növbəsində Britaniya alimləri gənc analara yeni doğulan körpələrə mütəmadi olaraq klassik musiqiyə qulaq asmalarını məsləhət görürlər.