ELS təbrik edir!
Oqtay Zülfüqarov - 85
Mayın 31-də, bu gün Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, xalq artisti, bəstəkar Oqtay Zulfüqarov 85 yaşını qeyd edir. 500-dən artıq artıq bəstələdiyi uşaq mahnıları ilə neçə-neçə nəslin ürəyinə yol tapmış bəstəkar bu gün də yaradıcılıq axtarışındadır. Həmçinin onun Azərbaycanın ictimai həyatındakı yeri, milli musiqimizin təbliği, gənc nəslin mədəni-mənəvi inkişafı, layiqli vətəndaş kimi formalaşması istiqamətində gördüyü işlər danılmaz və çoxşahəlidir.
Artıq 4 ildir ki, Oqtay Zülfüqarov “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin gənc nəslin mədəni-mənəvi inkişafına yönəlmiş layihələrində yaxından iştirak edir, dəyərli məsləhətlər verir. Ötən il o, Mərkəzin keçirdiyi “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin Münsiflər Heyətinin həmsədri olmuşdur.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi ömrünü Azərbaycan musiqisinin inkişafına həsr edən Oqtay müəllimi ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və yaradıcılıq işlərində yeni uğurlar diləyir. Təbrikimizi bəstəkarın “Ad günün mübarək olsun” mahnısındakı sözlərlə yekunlaşdırmaq istəyirik:
Ad günün mübarək olsun,
Həyatın həmişə gül, bahar olsun!