Səhifəni çap et
Bazar ertəsi, 19 Avqust 2013 16:43

“Təbəssüm” Azərbaycanı Beynəlxalq folklor festivalında təmsil edib

Tebessum54545Avqustun 2-dən 12-dək Macarıstanın Döndöş şəhərində XIII Beynəlxalq folklor festivalı keçirilib. Builki festivalda Macarıstan, Serbiya, Braziliya, Gürcüstan, Panama, Polşa, Yunanıstan, İndoneziya, Kolumbiya, Çin və Fransanın musiqi və rəqs ansamblları iştirak edib.

Musiqi festivalında ölkəmizi "Təbəssüm" Usaq Musiqili Teatrı təmsil edib. Festivalın proqramlarında və qala-konsertdə çıxış etməklə yanaşı, Döndöş və Budapeştdə də konsertlər verilib. Eyni zamanda, avqustun 10-da Döndöşdə "Azərbaycan gecəsi" keçirilib.

Qeyd edək ki, Macarıstanın Döndöş şəhəri Azərbaycanın Şuşa şəhəri ilə qardaşlaşmış şəhərlərdir.

Oxunub 1540 dəfə