Səhifəni çap et
Cümə, 26 İyul 2013 09:57

Şərqdə opera yazan ilk qadın-bəstəkar dünyasını dəyişdi

Shafiqa 2Uzun müddətdir səhhətində problemlər yaşanan Şərqin opera yazan ilk qadın bəstəkarı, xalq artisti Şəfiqə Axundova bu gün 89 yaşında dünyasını dəyişib.

Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində tanınmış mədəniyyət xadimi Qulam Axundovun ailəsində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən dahi Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. 89 yaşlı Şəfiqə Axundova 1972-ci ildə «Gəlin qayası» operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı kimi tarixə düşüb. 

 

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi Azərbaycan milli musiqisinə əvəzsiz töhfələr vermiş mərhum sənətçinin ailə üzvləri və dostlarının dərdinə şərikdir. Şəxsən tanıdığımız və ünsiyyətdə olduğumuz bu gözəl, mehriban, səmimi xanımın dünyasını dəyişməsi bizim üçün də ağır itkidir.

Allah rəhmət eləsin!

 

 

Shafiqa 1 Shafiqa 3  Shafiqa 4 

 

Oxunub 1732 dəfə