Səhifəni çap et
Çərşənbə, 24 İyul 2013 07:22

Azəbaycanın gənc istedadları Macarıstanda ermənilərə yerlərini göstərdilər

Gunay 7Bakı Uşaq Teatrının nəzdindəki “Günay” Uşaq Teatr-studiyası bu günlərdə Macarıstanda keçirilən Balaton-İncəsənət-Gənclik” 13-cü Beynəlxalq festival-müsabiqədən dönüb. Vətətnə mükafatlarla qayıdan gənc istedadlar Festivalda xoşagəlməz hadisə ilə üz-üz gəliblər. Teatrın bədii rəhbəri Larisa Tarusova səhnənin yaxınlığında ölkələrinin mədəniyyətini təbliğ edən Macarıstandakı milli azlıqların çadırlarının yerləşdiyini deyir.

Onun sözlərinə görə, çadırlardan biri ermənilərə məxsus idi. “Birdən orada Qarabağın bayrağının dalğalandığını gördük. Uşaqdan böyüyə bütün nümayəndə heyətimizin qəzəbini və şiddətini təsəvvür etmək çətin deyil”, - deyə L.Tarusova bildirdi. Onun sözlərinə görə, dərhal məsələni həll edən Festivalın Təşkilat Komitəsinə xüsusi minnətdarlıq düşür. Belə ki, Təşkilat Komitəsi erməni təmsilçilərini mövcud olmayan və heç kim tərəfindən tanınmayan “dövlətin” bayrağını çıxartmağa məcbur etdi. Bununla da məsələ öz həllini tapdı.  

Oxunub 1521 dəfə