Səhifəni çap et
Bazar ertəsi, 24 İyun 2013 12:43

“Günay” Uşaq Teatrı böyük turneyə çıxır

001Bakı Uşaq Teatrının nəzdindəki “Günay” Uşaq Teatr-studiyası Azərbaycanı Macarıstanda keçiriləcək “Balaton-incəsənət-Gənclik” 13-cü Beynəlxalq festival-müsabiqədə təmsil edəcək. İyul ayının əvvəlində Teatrın gənc kollektivi Təşkilat Komitəsinin dəvəti ilə festivalda iştirak etmək üçün yola düşür. Teatrın böyük qrupu M.F.Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” komediyası, kiçik qrup isə Andersonun nağılları əsasında hazırlanmış “Su pərisi” tamaşası ilə çıxış edəcəkdir.

Beynəlxalq festivaldan sonra “Günay” Teatrı Avstriyanın Vena şəhərinə yola düşəcək. Orada gənc istedadları Azərbaycan səfirliyinin dəstəyilə Azərbaycan Mədəniyyət Mərkəzində, sonra Azərbaycanın Budapeştdəki səfirliyində görüş gözləyir.

Oxunub 1508 dəfə