Səhifəni çap et
Cümə axşamı, 25 Aprel 2013 09:14

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi uşaqlar arasında rəsm müsabiqəsi keçirir

Avropa BirliyiAvropa Birliyinin Azərbaycandakı nümayəndəliyi Avropa Gününə həsr olunmuş rəsm müsabiqəsi elan edir. Nümayəndəlikdən APA-ya verilən məlumata görə, “Avropaya baxış” adlı uşaq rəsm müsabiqəsində məqsəd rəsmlərdə uşaqların Avropanı və Azərbaycanın Avropadakı mövqeyini necə gördüklərini nümayiş etdirməkdir.

 “Azərbaycanın çox zəngin mədəni irsi var, bu cür müsabiqələr Azərbaycanda yeni, çox istedadlı nəslin yetişdiyini göstərir. Müsabiqə göstərir ki, incəsənət və mədəniyyət insanları birləşdirə və daha yaxşı qarşılıqlı anlaşma üçün körpü ola bilər", - deyə AB-nin Azərbaycandakı səfiri Roland Kobia deyib.

 Müsabiqədə 6 yaşdan 14 yaşa qədər uşaqlar iştirak edə bilər. Seçim iki yaş kateqoriyası üzrə (6-9 və 10-14) münsiflər heyəti tərəfindən aparılacaq. Rəsmi mərasimdə AB-nın Azərbaycandakı səfiri tərəfindən 1-ci yerin qalibləri 1 illik dil kursları (ingilis və ya fransız), 2-ci yerin qalibləri - 6 aylıq dil kursları, 3-cü yerin qalibləri isə 3 aylıq dil kursları ilə mükafatlandırılacaqlar. 

Oxunub 1936 dəfə