Səhifəni çap et
Cümə axşamı, 25 Aprel 2013 09:10

Bakıda “Balacaların böyük düşüncələri yaşıl fırça ilə” adlı rəsm sərgisi keçirilib

fc65a577661498f5c8a7d0dca679ce78Aprelin 23-də “28 Mall” Ticarət və Əyləncə Mərkəzində United Aid For Azerbaijan (UAFA) və Azərbaycan Tələbə Gəncləri Təşkilatı İttifaqı (ATGTİ) “Ekologiya” işçi qrupunun təşkilatçılığı ilə “Balacaların böyük düşüncələri yaşıl fırça ilə” adlı rəsm sərgisi keçirilib.

Azərbaycan Tələbə Gəncləri Təşkilatı İttifaqı (ATGTİ) “Ekologiya” işçi qrupundan APA-ya verilən məlumata görə, tədbirin məqsədi qayğıya ehtiyacı olan uşaqların bu dəfə ətraf mühitə və oradakı problemlərə necə yanaşdıqlarını çəkdikləri rəsmlərlə nümayiş etdirməkdir. İki saat davam edən sərgidə xüsusi qayğıya ehtiyacı olan uşaqların ekologiya mövzusunda çəkdikləri rəsm əsərləri, bununla yanaşı sərgidə uşaqlar tərəfindən hazırlanmış musiqi və rəqs nümunələri nümayiş olunub. Tədbir zamanı çıxış edən qonaqlar bu tip tədbirlərin həyata keçirilməsini vacibliyindən söz açıb. Tədbirin sonunda sərgi iştirakçılarına Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən sertifikat və hədiyyələr təqdim olunub. 

Oxunub 1953 dəfə