Bəyanatda həmçinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Azərbaycanın Xocalı şəhərinə hücuma keçərək dinc əhaliyə amansız divan tutduğu və onların vəhşiliyi nəticəsində 613 nəfərin şəhid, 487 nəfərin əlil olduğu, 1275 nəfər dinc sakinin - qocalar, uşaqlar və qadınların əsir götürülərək ağlasığmaz zülmə və təhqirlərə məruz qaldığı da vurğulanıb.
Avropa Azərbaycanlıları Konqresi Almaniya Bundestaqını nüfuzlu beynəlxalq təşkilatlara müraciət edərək Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə, soyqırımı dövlət siyasətinin tərkib hissəsinə çevirmiş Ermənistan dövlətinə sanksiyalar tətbiq etməyə, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpasına biganə yanaşmamağa çağırıb.