Səhifəni çap et
Çərşənbə, 27 Mart 2013 14:01

“Günay” Uşaq Yaradıcılıq Studiyası 10 yaşını qeyd edib

Gunay Ushaq YaradiciliqMartın 24-də Rəşid Behbudov adına Mahnı Teatrında “Günay” Uşaq Teatrının gənc aktyorları 2 hissədən ibarət böyük bayram tamaşası ilə çıxış ediblər. Bunu ötən 10 il ərzində görülən işlər, o cümlədən kollektivin səhnələşdirdiyi 15 tamaşa, dəfələrlə müxtəlif Respublika və beynəlxalq müsabiqə və festivalların diplomantı və laureatı olması haqqında hesabat kimi qiymətləndirmək olar.

Yubiley gecəsinin birinci hissəsində gənc aktyorlar tamaşaçılarına böyük şou proqram, ikinci hissədə isə Mirzə Fətəli Axundovun pyesi əsasında səhnələşdirilmiş “Müsyo Jordan və Dərviş Məstəlişah - məşhur cadugar" tamaşasını göstəriblər.

“Günay” teatrının ünvanına xoş sözlər deyən Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan kollektivi fəxri fərmanla tətif edib. Konsertdə həmçinin Rusiyanın Azərbaycandakı səfirinin müşaviri, Azərbaycanda Rusiya Əməkdaşlıq Nümayəndəliyinin rəhbəri Valentin Denisov çıxış edib və  kollektivə MDB məsələləri üzrə Federal Agentlik Nümayəndəliyinin təşəkkür məktubunu təqdim edib.  

Qeyd edək ki, bütün bu illər ərzində “Günay” Teatrının təsisçisi, rəhbəri, ssenaristi və quruluşçu rejissoru Larisa Tarusova, xoreoqrafı Günəş Talıbovadır. Teatrın repertuarında əsas yeri milli və dünya klassik əsərlər, həmçinin böyük xoreoqrafik proqram tutur. 

Oxunub 1939 dəfə