Səhifəni çap et
Cümə axşamı, 21 Fevral 2013 14:26

Azərbaycanda məktəblilərin yaz tətili günlərində dəyişiklik olub

ushaq bagcalarAzərbaycanda məktəblilərin yaz tətili günlərində dəyişiklik olub. Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib.

Onun sözlərinə görə, məktəblilərin yaz tətilinin müddəti martın 17-dən 24-nə qədərdir: “Lakin martın 17-si bazar gününə düşdüyündən 5 günlük qrafiklə işləyən məktəblərin şagirdləri martın 15-dən, 6 günlük qrafiklə işləyən məktəblərin şagirdləri isə martın 16-dan yaz tətilinə çıxırlar. Novruz bayramı ilə bağlı Nazirlər Kabinetinin elan etdiyi qeyri-iş günləri ilə əlaqədar orta məktəblərdə dərslər martın 27-də başlayacaq”.

Oxunub 2058 dəfə