Sovet qoşunları tərəfindən 140-a yaxın dinc sakinin qətlə yetirilməsi xalqın iradəsini qırmadı, əksinə daha da möhkəmləndirdi və azərbaycan xalqı mübarizəni daha böyük əzmlə davam etdirərək 1991-ci ildə ölkənin müstəqilliyinin bərpa sına nail oldu. Beləliklə də 20 yanvar 1990-cı il tarixi Azərbaycan tarixinin müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə səhifəsinə həkk olundu və ölkədə matəm günü elan edildi. Ümumxalq matəm günü minlərlə insan Şəhidlər Xiyabanını zayarət edir, faciəqurbanlarını yad edir, məzarları üstünə gül əklilləri qoyurlar. Azərbaycana rəsmi səfərə gələn şəxslər də Şəhidlər Xiyabanını ziyarət edir.
Qeyd edək ki, “Qara yanvar” hadisələrindən sonra Bakı metropoliteninin “11-ci Qızıl Ordu” stansiyasının adı dəyişdirildi “20 Yanvar” oldu. Dünyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar keçirdikləri aksiyalarla 20 Yanvar qurbanlarını yad edirlər.