Səhifəni çap et
Çərşənbə axşamı, 15 Yanvar 2013 16:07

“Hərəyə bir kitab” aksiyasına start verildi

kitab“İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondunun “Valideyin Himayəsindən Məhrum Olmuş Uşaqların Psixo-Sosial Reabilitasiyası Mərkəzi” keçən illərdə olduğu  kimi  2013-cü ildə də “Hərəyə bir kitab” aksiyasına start verib. Aksiya nəticəsində toplanmış kitablar Fond tərəfindən müəyyən olunmuş valideyn himayəsindən məhrum uşaq evləri üçün nəzərdə tutulub.  

Əsas məqsəd, internat uşaqlarını cəmiyyətin neqativ təzahürlərindən qoruyaraq kitablar vasitəsi formalaşdırmaq, mənəvi cəhətdən inkişaf etdirməkdir.

Aksiyaya qoşulmaq üçün 10 fevral 2013-cü il tarixə kimi “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fonduna ( Həsən Əliyev küçəsi 96, iş mərkəzinin 3-cü mərtəbəsi; tel/faks: (+99412) 564-10-38). Məsul şəxs: Günay Mövsümova (e-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ) müraciət edərək uşaq ədəbiyyatı, o cümlədən nağıl, şer kitablarını və s. maraqlı nəşrləri Fond vasitəsi ilə internat evlərinə bağışlaya bilərsiniz.

Oxunub 2313 dəfə