Səhifəni çap et
Şənbə, 12 Yanvar 2013 11:05

Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasının təkmilləşdirilməsinə 2 milyon manat ayrılıb

UshaqlarAzərbaycan prezidenti İlham Əliyev sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara göstərilən sosial reabilitasiya xidmətinin təkmilləşdirilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.

Oxunub 2000 dəfə