Səhifəni çap et
Çərşənbə axşamı, 23 Oktyabr 2012 16:30

Azərbaycanda uşaq bağçaları və məktəblərdə verilən ərzaq məhsulları ilə bağlı standartlar qəbul olunacaq

Ushaq baxcasi 1Yaxın bir həftə ərzində Azərbaycanda fəaliyyət göstərən uşaq bağçaları və orta məktəblərdə uşaqlara verilən ərzaq məhsulları ilə bağlı xüsusi standartlar qəbul ediləcək. «APA-ECONOMICS»in məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.



R.Həsənovun sözlərinə görə, bununla bağlı ölkə başçısı tərəfindən xüsusi tapşırıqlar verilib: «Hazırda bu standartın hazırlanması istiqamətində işlər davam etdirilir və yaxın bir həftə ərzində bu standart qəbul ediləcək». R.Həsənov bildirib ki, standart qəbul ediləndən sonra onun icrasını Komitə yanında fəaliyyət göstərən Dövlət Nəzarəti Xidməti həyata keçirəcək. 

Oxunub 2195 dəfə