Səhifəni çap et
Çərşənbə axşamı, 09 Oktyabr 2012 09:56

Azərbaycanın gənc rəssamları Liditse uşaqlarının Beynəlxalq rəsm əsərləri sərgisində iştirak ediblər

Cexiya resmAzərbaycanın gənc rəssamları Liditse uşaqlarının Beynəlxalq rəsm əsərləri sərgisində iştirak ediblər. Bunu APA-ya Çexiyanın Azərbaycandakı səfiri Radek Matula bildirib.

Səfir deyib ki, hər il iştirakçıların artması Azərbaycanın gənc rəssamlarının bu sərgiyə böyük maragından xəbər verir. Bu il Təşkilat Komitəsinə Azərbaycandan 481 iş göndərilib.  Onlardan 4-ü fəxri fərman, 1-i müsabiqənin ali mükafatı - “Liditsa qızılgülü” medali ilə təltif eilib.

Liditse uşaqlarının Beynəlxalq rəsm əsərləri sərgisi 1942-ci ildə Çexiyanın Liditse kəndində alman nasistləri tərəfindən öldürülən və hərbi münaqişələr nəticəsində ölən uşaqların xatirəsinə həsr olunub və 1967-ci ildən Xarici İşlər Nazirliyi, Təhsil və Mədəniyyət Nazirliklərinin dəstəyilə keçirilir. Sərgidə 4-16 yaşlı uşaqlar və yeniyetmələr iştirak edə bilər. 

Oxunub 2265 dəfə