Nazir müavini uşaqlarda ürək qüsurlarının çoxalması ilə bağlı fikirlərlə razılaşmayıb: «Sadəcə əvvəllər uşaqlar müalicə üçün başqa ölkələrə və ya özəl klinikalara üz tuturdular. Artıq bu məsələ dövlət tərəfindən həllini tapıb».
Azərbaycanda 300-ə qədər uşaq ürək əməliyyatı üçün növbədə dayanıb. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.
Nazir müavinin sözlərinə görə, 3 il əvvəl ölkədə Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait əsasında Elmi-Cərrahiyə Mərkəzinin nəzdində Uşaq Cərrahiyə Mərkəzi yaradılıb. İndiyədək burada 250 uşaq üzərində müxtəlif çeşidli ürək əməliyyatları keçirilib. Növbədə dayanmış 300 uşağın əməliyyatı isə bir il ərzində həyata keçiriləcək.