Səhifəni çap et
Çərşənbə, 11 İyul 2012 09:35

Azərbaycanın birinci xanımı Yasamalda uşaq bağçalarının yenidənqurmadan sonra açılışında iştirak edib

11.07.2012 ushaq baxcasiAzərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Bakının Yasamal rayonundakı 27 və 325 saylı uşaq bağçalarının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak ediblər.

APA-nın xəbərinə görə, məlumat verilib ki, prezident İlham Əliyevin göstərişinə uyğun olaraq əsaslı surətdə təmir olunan 27 saylı bağçada bütün avadanlıq və inventarlar yenilənib. Bağçada 4 qrupda 80 uşaq təlim-tərbiyə alacaq. Burada musiqi, rəqs, idman zalları, həmçinin tibb məntəqəsi də fəaliyyət göstərir. Bağçada uşaqların təlim-tərbiyəsi və əyləncəsi üçün hər cür şərait yaradılıb.

 

FOTOQALEREYA

M. Əliyeva uşaq bağçasında yaradılmış şəraitlə yaxından tanış olub.

Daha sonra 325 saylı uşaq bağçasına gələn M. Əliyeva və L. Əliyevaya burada həyata keçirilən işlər barədə məlumat verilib. Bildirilib ki, ikimərtəbəli binada yerləşən bağçanın bütün avadanlığı və inventarı yenilənib. Bağçada 5 qrupda hərəsində 20 nəfər olmaqla, 3-6 yaş arası 100 uşaq təlim-tərbiyə alacaq. Burada da musiqi, rəqs, idman zalları, həmçinin tibb məntəqəsi fəaliyyət göstərir. 

M. Əliyeva uşaq bağçası ilə yaxından tanış olub.

Oxunub 2133 dəfə