Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

MMMilli Məclisdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş “Azərbaycanda uşaqların asudə vaxtının təşkilinin hüquqi aspektləri” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, Milli Məclisin (MM) Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli Azərbaycanda uşaqların asudə vaxtının təşkil olunması istiqamətində qanunvericilikdə bir sıra təkmilləşmələrinaparıldığını deyib. O, uşaqların idman qurğularından pulsuz istifadəsi, həmçinin əlil və kimsəsiz uşaqlara verilən imtiyazlardan danışıb.

ushaq huquqlariBakıda “Uşaq hüquqları yönümlü jurnalistika: Azərbaycanda fəaliyyət göstərən icmalçılar üçün maarifləndirici xarakterli təlim” başlayıb. APA-nın məlumatına görə, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, BMT-nin Uşaq Fondu və Sosial Xidmətlər Təşəbbüsü İctimai Birliyinin dəstəyi ilə keçirilir.

Təlimdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, təlimin məqsədi uşaq hüquqları sahəsində fəaliyyət göstərən kütləvi informasiya vasitələri nümayəndələrinin müvafiq peşə xüsusiyyətlərinə yiyələnməsində yardımçı olmaqdır. Onun sözlərinə görə, uşaq hüquqlarının təmin edilməsində, cəmiyyətin diqqətinin uşaq məsələlərinə yönəldilməsində mətbuatın xüsusi rolu var. Bəzən KİV-də uşaqların gələcəyi üçün problem yarada biləcək yazı və görüntülərin də yer aldığını söyləyən A. Sofiyeva komitənin bundan narahat olduğunu vurğulayıb. 

Çərşənbə axşamı, 15 May 2012 12:14

Azərbaycan şaxmatçısı dünya çempionu oldu

thumb325 20120507012600874Rumıniyanın Yassı şəhərində məktəblilər arasında şahmat üzrə 8-ci dünya çempionatı başa çatıb. Sport.1news.az  saytının məlumatına görə, Azərbaycan şahmatçıları altı medal qazanıblar. Günay Məmmədzadənin möhtəşəm çıxışı ona 13 yaşadək yaş kateqoriyasında 7,5 halla 1-ci yeri qazandırıb. Gümüş medalı 7 halla onun komanda yoldaşı Nərmin Məmmədova əldə edib. İkinci yerləri həmçinin Xatun Bağırova (15 yaşadək), İsmayıl Şaxaliyev (13 yaşadək) bölüşdürüb, bürünc medallar isə Aytən Əmrəyeva (15 yaşadək) və Nərmin Soyunlunun (17 yaşadək) payına düşüb. 

aile gunuBMT-nin baş katibi Pan Gi Mun Beynəlxalq Ailə Günü münasibəti ilə dünya ictimaiyyətinə müraciət edib. BMT-nin Bakı ofisindən APA-ya verilən məlumata görə, müraciətdə bu ilki Beynəlxalq Ailə Günündə iş və ailə həyatı arasında balansın vacibliyi vurğulanıb: “Əsas məqsəd dünyanın hər tərəfində işçilərin ailələrini maddi və mənəvi cəhətdən təmin etməklə yanaşı, yaşadıqları cəmiyyətin sosial-iqtisadi inkişafına öz töhfələrini verməyə yardım etməkdən ibarətdir.
Mövcud tendensiyalar iş-ailə siyasətinin artan vacibliyini vurğulamaqdadır.
Buraya əmək bazarında qadınların geniş miqyaslı iştirakı, artan urbanizasiya və mobil iş axtarışı daxildir. Ailələr kiçildikcə və nəsillər arasında uzaqlaşma yarandıqca, uzaq qohumlar uşaqlara daha az qayğı göstərir və işçi valideynlər daha çox problemlərlə üzləşirlər”.

Maleyke AbbaszadeTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Zaqatalada zəlzələ nəticəsində dağılan məktəblərin şagirdlərini buraxılış imtahanlarından azad edəcək. APA-nın məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, artıq Komissiya bununla bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət edib: “Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydalara əsasən, TQDK-ya fövqəladə hallarda buraxılış imtahanlarından azad etməklə bağlı səlahiyyət verilib. FHN bu gün Zaqatalada həddən artıq dağıntılara məruz qalan məktəblərin siyahısını TQDK-ya verəcək. Bundan sonra bu həftə ərzində buraxılış imtahanlarından azad olunan məktəblərin siyahısı elan ediləcək. Həmin məktəblərin şagirdlərinin qiymətləndirilməsi dərs ili ərzindəki illik qiymətləndirməyə əsasən aparılacaq”.

evrovision11.05Eurovision-2012” mahnı müsabiqəsininTəşkilat Komitəsində rəsmi tərəfdaş olan Heydər Əliyev Fondu sonhazırlımərhələsində bütüproseslərdə aktiv iştirak etməklə yanaşı, layihə çərçivəsində daha bir humanistaksiya gerçəkləşdirir.

Fonddan APA-ya verilən məlumata görə, iştirakçı dövlətlərdə “Mən Azərbaycanı kəşf edirəm” mövzusunda inşa müsabiqəsi elan edilib. Azərbaycanı tanımaq, tarixi və zəngin mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı yaradan müsabiqənin yalnız fiziki qüsurlu uşaq və yeniyetmələr arasında keçirilməsi Heydər Əliyev Fondunun önəm verdiyi humanizm prinsiplərindən irəli gəlib.

93 -dən səhifə 105