Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

aileAilə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən komitə sərdi Hicran Hüseynova Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən danışıb. O bildirib ki, Azərbaycanda uşaqlarla bağlı dövlət proqramları qəbul edilir və bu sahədə güclü dövlət siyasəti həyata keçirilir.

Uşaqların müdafiəsinin hamı üçün vacib məsələ olduğunu deyən H. Hüseynova qeyd edib ki, valideynlərin məsuliyyətinin artırılması zəruridir: “Valideynin məsuliyyəti uşağı dünyaya gətirməklə bitmir, ona 18 yaşınadək tərbiyə vermək lazımdır. Elə problemlər var ki, valideyn tərəfindən zamanında ailə daxilində həll edilməlidir”.

Iceri sheher“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə İçəri Şəhərdə bir sıra tədbirlər təşkil olunacaq. İdarədən APA-ya verilən məlumata görə, bu gün 16:00-da “Arxeoloji Park”da "DA-ART" uşaq təsviri incəsənət mərkəzinin tələbələrinin müəllifləri olduqları foto, rəsm və digər əl işlərindən ibarət “Tarix uşaqlarımızın gözü ilə” adlı sərgi təşkil ediləcək. Sərgi zamanı uşaqlar müxtəlif tətbiqi-sənət nümunələrini əyani şəkildə hazırlayacaq və arzu edən şəxslərə qısa “master klass”lar keçəcəklər. Tədbir Müslüm Maqomayev adına 26 saylı uşaq musiqi məktəbinin şagirdlərinin və 160 saylı klassik gimnaziyanın özfəaliyyət kollektivlərinin musiqili çıxışı ilə müşayiət olunacaq.

son zengSon zəng orta təhsili başa vuran məzunların ənənəvi bayramıdır. Son zəng dərs və tənəffüs, yoxlama işləri və ev tapşırıqlarından ibarət 11 illik yolun sonu və yeni həyatın başlanması deməkdir. Bu təkçə məzunların yox, eyni zamanda müəllim və valideynlərin də həyacan və sevinc dolu günüdür. Cünki həmin anlara bir daha qayıtmaq mümkün olmayacaq və illər sonra məktəbdə yaşadığımız hər an kövrək xatirələrlə yada düşəcək, bəstəkar Aygün Səmədzadənin dillər əzbəri olmuş və ən çox məhz bu gün səslənən “Məktəb illəri” mahnısında deyildiyi kimi:

Məktəb illəri, ömrümün ən şirin,

Duyğulu, qayğısız günləri......

FOTOQALEREYA

 

xeyriyyeAzərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsi tələbələrinin təşəbbüsü ilə «Kimsəsiz uşaqlara dayaq olaq!» devizi altında xeyriyyə aksiyası keçirilib. AzMİU-nun mətbuat xidmətindən  APA-ya verilən məlumata görə, üç gündür, davam edən aksiya müddətində, memarlıq və Universitetin digər fakültələrinin tələbələri, əməkdaşları tərəfindən çoxlu sayda, oyuncaq, kitab, geyim toplanıb. 

Sabina Babayeva_260512Müsabiqənin qalibi İsveç təmsilçisi Lorin olub

Mayın 26-da Azərbaycanda möhtəşəm «Eurovision 2012» mahnı müsabiqəsinin final şousu keçirilib.
APA-nın məlumatına görə, İsveç 372 səslə müsabiqənin qalibi olub. Müsabiqəyə ev sahibliyi edən Azərbaycan müsabiqənin dördüncüsü olub. Müsabiqənin ilk beşliyində - İsveç, Rusiya, Serbiya, Azərbaycan və Albaniya yer alıb. 

Azərbaycana Albaniyadan 4, Ukraynadan 12, Belarus 7, Malta 12, San Marino 4, Böyük Britaniya 2, Türkiyə 12, Yunanıstan 5, Bosniya və Herseqovina 7, Moldova 10, Bolqarıstan 10, Kipr 8, Slovakiya 6, Makedoniya 2, Litva 12, Gürcüstan 10, Serbiya 3, Rusiya 10, İsrail 8, İrlandiyadan 1 xal verilib.

VİDEO FOTOQALEREYA

 

Marneuli

Mayın 25-də Azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində gənc musiqiçilərin ikinci regional festival-müsabiqəsi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, festival-müsabiqə Kvemo-Kartli bölgə qubernatorluğunun təşkilatçılığı və Marneuli Rayon İcra Hakimiyyətinin maliyyə dəstəyi ilə baş tutub. Tədbirdə 100-ə qədər gənc musiqiçi iştirak edib. Milli azlıqların iştirak etdiyi tədbirdə bölgədə fəaliyyət göstərən musiqi məktəblərin şagirdləri müxtəlif musiqi nömrələri nümayiş etdiriblər. Tədbirdə Gürcüstanın məşhur musiqi xadimlərindən ibarət münsiflər heyəti, Tiflis Konservatoriyasının professorları, məşhur gürcü pianoçusu Nunu Çelidze gənc musiqiçilərin nümayiş etdirdiyi nömrələri diqqətlə müşayiət ediblər.

90 -dən səhifə 105