Musiqini Dinlə













Axtarış


Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« May 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Istanbulda VI_Gulen_ushaq_ar_shenliyiİstanbulda “VI Gülən uşaqlar şənliyi” start götürüb. APA-nın Türkiyə müxbirinin xəbərinə görə, Türkiyə Onurğa-ilik ifliclilər dərnəyinin təşkil etdiyi, dünyanın bir çox ölkəsindən əlil, şikəst, lal-kar uşaq və yeniyetmənin qatıldığı şənliyə Azərbaycandan Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda Cəmiyyətin “Əli uşaq və gənclərlə iş mərkəzi” adlı təşkilat da qatılıb.

Şənliyin açılış mərasimində iştirak edən “Əlil uşaq və gənclərlə iş mərkəzi”nin rəhbəri Esmiralda Rəhimova APA-ya açıqlamasında yaxın gələcəkdə beynəlxalq miqyaslı tədbirlərin Azərbaycanda da keçirilməsi üçün hazırlıqlar apardıqlarını deyib: “Bu işlərlə beynəlxalq səviyyədə məşğul olmağımız ölkəmizin dünyadakı humanist imicini daha da gücləndirəcək”.

elilBu gün Quba şəhərində Quba və İsmayıllı rayonlarında “Səyyar reabilitasiya xidmətləri” layihəsinin icrasına həsr edilən müşavirə keçirilib. APA-nın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib ki, yaxın vaxtlarda Qubada yetkinlik yaşına çatmayan əlil uşaqlar üçün reabilitasiya mərkəzi və əlillər üçün bərpa mərkəzi yaradılacaq.

resm qalereyasiBu gün Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalereyasında “Ən çox sevdiyim idman növü” mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş respublika rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd uşaqlarda idmana sevgi oyatmaq, onlarda yaradıcılıq həvəsini artırmaqdır. Nazir müavini deyib ki, müsabiqə məktəb, rayon və respublika mərhələsi üzrə keçirilib: “Müsabiqənin respublika mərhələsinə 200-dən çox rəsm işi təqdim edilib. Qaliblər tanınmış rəssamlardan ibarət münsiflər heyəti tərəfindən seçim aparılaraq müəyyənləşdirilib”.

mekteb4Aprelin 4-də Bibiheybətdə, neftlə çirklənmədən təmizlənmiş ərazidə Müasir İstedadlar Məktəbinin təməlqoyma mərasimi keçirilib. «APA-ECONOMICS»in məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) təşəbbüsü ilə tikilən və tikintisi şirkət tərəfindən maliyyələşdiriləcək məktəb məşhur ingilis məktəbləri tipində inşa olunacaq.

Mavi ishiqla_ishiqlandir_aksiyasiHeydər Əliyev Fondunun və UNİCEF-in dəstəyi ilə Bakı aprelin 2-də, Dünya Autizm Günündə beynəlxalq miqyasda qeyd olunan "Mavi işıqla işıqlandır" aksiyasını həyata keçirmək üçün dünyanın digər şəhərlərinə qoşulub.

Bu barədə APA-ya Heydər Əliyev Fondundan daxil olan məlumatda bildirilib. Həmin gün Milli Parkdakı binalardan biri - Bakı Biznes Mərkəzi mavi işıqla işıqlandırılıb.

KocarliAprelin 2-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş tədbir keçirilmiş və IV Milli uşaq kitabı sərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, kitabxananın direktoru Fizurə Quliyeva F.Köçərli adına Respublika Uşaq Kitabxanasının hər il bu günü qeyd etdiyini bildirib. Əvvəlki illərdə Qubada, Xaçmazda kitab bayramları keçirilmişdir.Həmçinin keçən il SOS Uşaq Kəndində müvafiq sərgi təşkil olunmuşdur.Tanınmış uşaq yazıçı və şairlərinin, “Altun”, “Çinar-Çap”, “Turan”, “Təhsil” nəşriyyatları əməkdaşlarının iştirak etdikləri tədbirdə 190 nömrəli məktəbin şagirdləri musiqili ədəbi kompozisiya təqdim etmişlər.Həmçinin uşaqlar arasında viktorina keçirilmiş, suallara düzgün cavab tapanlar hədiyyələr qazanmışlar.