Musiqini Dinlə













Axtarış


Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2018 »
Mon Tue Wed Thu Fri Sat Sun
      1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30    

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

soltan-hacibeyovSoltan Hacıbəyov (1919-1974)

Bəstəkar, dirijor, pedaqoq Soltan İsmayıl oğlu Hacıbəyov 1919-cu ildə Şuşa şəhərində anadan olmuşdur. İkisinifli ibtidai məktəbi bitirdikdən sonra əmisi Üzeyir Hacıbəyov 1930-cu ildə onu Bakıya gətirir və ailəsinin bir üzvü kimi evində saxlayır. Orta məktəbi başa vurduqdan sonra əvvəl orta ixtisas musiqi məktəbi, sonra isə Azərbaycan Konservatoriyasında oxuyan gənc bəstəkar 1946-cı ildə professor B.İ.Zeydmanın sinfini bitirir. Onun “Qızılgül” musiqili komediyası hələ 1940-cı ildə, Konservatoriyaya daxil olmamışdan əvvəl səhnələşdirilmişdir. .

“Gülşən” baleti (1950), “Qızılgül” musiqili komediya (1940), iki simfoniya, orkestr üçün konsertin, bir çox mahnı və romansların müəllifi olan bəstəkarın yaradıcılığında uşaqlar üçün də “İsgəndər və çoban” operası, “Oynaq topum” və s. əsərlər yer almışdır.  

Soltan Hacıbəyov 1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllim, 1947-1962-ci illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər, 1969-1974-cü illərdə Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışmışdır.

19 sentyabr 1974-cü ildə dünyasını dəyişmiş görkəmli bəstəkar S.Hacıbəyov Fəxri Xiyabanda dəfn edilmişdir.