Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« October 2020 »
Mon Tue Wed Thu Fri Sat Sun
      1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə, 11 May 2012 13:13

Marneulidə uşaq bağçalarının vəziyyəti müzakirə olunub

marneuliGürcüstanın Marneuli şəhərindəki Demokratik Məşğulluq Mərkəzində (MDM) uşaq bağçalarının vəziyyəti müzakirə olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Marneuli rayon İcra Hakimiyyətinin rəhbəri Zaza Dekonoidze, məktəbəqədər müəssisələrin direktoru Tofiq Hacıyev, “Qaranquş” Uşaq Mərkəzinin rəhbəri Zemfira Əzizbəyova, MDM-nin təmsilçisi Zaur Darğallı və başqaları çıxış ediblər. 

Tədbirdə qeyd edilib ki, rayon büdcəsindən bağçalara ayrılmış 320 min lari çox azdır. Z. Dekonoidze iştirakçıların suallarını cavablandırarkən deyib ki, uşaq bağçaları üçün sentyabrın 1-dən büdcədən 1 milyon lari vəsait ayrılacaq. Bəzi natiqlər bildiriblər ki, azərbaycanlıların yaşadığı kəndlərdə yeni uşaq bağçalarının tikintisi üçün müvafiq torpaq sahəsi ayrılmalı və tikilən bağçalar Avropa standartlarına uyğun olmalıdır.

Marneuli rayon İcra Hakimiyyətinin rəhbəri Zaza Dekonoidze APA-ya açıqlamasında gələn ildən başlayaraq Marneulidə yeni uşaq bağçalarının tikiləcəyini açıqlayıb: “Biz əvvəllər düşünürdük ki, kəndlərimizdə sosial vəziyyət yaxşılaşdırılmalı, yol, su problemi ilk növbədə həll edilməlidir. Amma sonra monitorinqlər nəticəsində belə qərara gəldik ki, ilk növbədə uşaq bağçalarına diqqət artırılmalıdır. Bu sahədə problemlərimiz çoxdur. Bunun üçün yeni maliyyə mənbələri axtarırıq. Müəllimlərin maaşlarını da artırmaq fikrindəyik. Bundan sonra yeni bağçalar tikmək istəyirik. Büdcədə o qədər də maliyyə vəsaitimiz yoxdur. Biz şirkətləri və iş adamlarını, beynəlxalq təşkilatları uşaq bağçaları ilə bağlı layihələr həyata keçirməyə çağırırıq. Şəxsi adamlara da imkan yaradırıq ki, kommersiya üsulu ilə uşaq bağçaları açsınlar və söz veririk ki, bu evlərin istilik sistemini təmənnasız olaraq biz quracağıq”.

Oxunub 1126 dəfə