Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« October 2020 »
Mon Tue Wed Thu Fri Sat Sun
      1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə axşamı, 10 May 2012 11:53

Heydər Əliyev: “Azərbaycanda uşaqlara dövlət qayğısı sosial siyasətin prioritet istiqamətlərindəndir”

10.05.2012Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümüdür

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra o, 1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. O, əvvəlcə Naxçıvan Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan Xalq Komissarları Sovetində şöbə müdiri, sonra isə dövlət təhlükəsizliyi orqanlarında general rütbəsinədək yüksəlib. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, Mərkəzi Komitənin büro üzvü seçilib.

1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edən Hydər Əliyev Azərbaycan xalqına qarşı silah işlədilməsini kəskin pisləyib və elə həmin ilin iyulunda Azərbaycana qayıdaraq bir müddət Naxçıvanda yaşayıb və Azərbaycan Ali Sovetinə deputat seçilib. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini, 1993-cü il iyunun 15-də isə Azərbaycan Ali Sovetinin sədri, iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçilib.

Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində kəskin dönüş yaradan Heydər Əliyevin xalqı qarşısında xidmətləri əvəzsiz və danılmazdır.

H.Əliyev elə bir şəxsiyyət olmuşdur ki, onun irsinin öyrənilməsi və təbliği çox zəruridir. Yüksək milli-əxlaqi keyfiyyətlərə malik ümummilli liderin zəngin həyat yolu gənc nəslin, uşaq və yeniyetmələrin milli, mənəvi, əxlaqi dəyərlərimizə sevgi ruhunda formalaşmasında böyük rol oynaya bilər. Hər zaman gənclərə və uşaqlara qarşı öz diqqət və qayğısını göstərən Heydər Əliyev onları hər zaman sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyi, hər bir insanın mənəviyyatı kimi qiymətləndirmişdir. Çıxışlarının birində ümummilli lider: “Hər bir insanpərvər cəmiyyətdə uşaqlara daim xüsusi qayğı, xüsusi diqqət göstərməli, uşaqlar daim qayğı altında olmalıdır, onları qorumaq, müdafiə etmək, böyütmək, insan cəmiyyətinin fəal iştirakçısı, fəal üzvü etmək lazımdır”, - deyə, vurğulamışdır. .

Heydər Əliyev üçün uşaqlara, körpələrə olan qayğı bütün qayğılardan üstün olmuşdur: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır. Ona görə də bu, bizim müqəddəs borcumuzdur və biz bu borcu yerinə yetirməyə çalışırıq” - deyə, söyləyərdi.

Ulu öndərin bütün sahələr üzrə atdığı addımlar, bu gün onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də uğurla davam etdirilən sosial yönümlü siyasətin tərkib hissəsi olan uşaq hüquqlarının qorunması dövlət başçısının daim diqqət mərkəzindədir. 

Oxunub 7485 dəfə