Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə, 15 Noyabr 2019 16:24

Bakı məktəblisi beynəlxalq yarışda qızıl medal qazanıb

idman 151119 01Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 21 nömrəli tam orta məktəbin VI sinif şagirdi Kənan Cəfərli 37 kiloqram çəki dərəcəsində kikboksinq idman növü üzrə Rusiyada keçirilən beynəlxalq yarışda bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb. İdarədən Trend-ə verilən məlumata görə, final mərhələsində erməni idmançıya qalib gələn məktəbli qızıl medal və diplomla mükafatlandırılıb.

Vətənə qalibiyyətlə dönən digər idmançılar isə 82 nömrəli tam orta məktəbin şagirdləridir. Məktəbin VIII sinif şagirdi Sənan İsgəndərzadə universal döyüşün layt növü, X sinif şagirdi Kənan İsgəndərzadə isə klassik növü üzrə Ukraynada keçirilən dünya çempionatında 81 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanıblar. Məktəblilər qızıl medal və diplomla mükafatlandırılıblar.

Paytaxtdakı 311 nömrəli tam orta məktəbin I sinif şagirdi Gülnaz Şərifova Gürcüstanda gimnastika üzrə keçirilən beynəlxalq yarışda uğurlu çıxışına görə bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Final mərhələsində erməni idmançıya qalib gələn məktəbli qızıl medal və diplomla mükafatlandırılıb.

164 nömrəli tam orta məktəbin VI sinif şagirdi Rəna Fətəliyeva da Gürcüstanda gimnastika üzrə keçirilən beynəlxalq yarışda I yeri tutub. R.Fətəliyeva qızıl medal və diplomla mükafatlandırılıb.

Oxunub 39 dəfə