Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Bazar ertəsi, 04 Noyabr 2019 16:06

“Doğma diyar” Respublika uşaq rəsm müsabiqəsi elan olunur

DOGMA-DİYAR 2019Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində ənənəvi “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsi elan olunur.

Müsabiqə uşaqlar və yeniyetmələrə vətənpərvərlik, dövlətçilik ənənələrinə sadiqlik hislərininin aşılanması, məktəblilər arasında bədii düşüncə tərzini, zövq və yaradıcılıq duyğularının formalaşdırılması, habelə, böyüməkdə olan nəslin rəssamlıq sənətinə marağının stimullaşdırılması, eyni zamanda şagirdləri əhatə edən təbii mühiti, onların vətən sevgisini təsvir müstəvisində əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə təşkil olunur.

Müsabiqədə iştirak etmək üçün www.xsm.az saytında tədbirlər bölümündəki “DOĞMA DİYAR” afişasına toxunmaqla və ya http://xsm.az/site/doqmadiyar/ linkinə daxil olub 1 və ya 2 əsərinizin fotosunu daxil etməklə göstərilən anketi doldurmağınız tələb olunur.

Qeydiyyat 2019-cu il dekabr ayının 7-dək aparılacaq.

Seçim iki yaş kateqoriyası üzrə keçiriləcək: 12 yaşa qədər, 12-17 yaş arası

Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək.

Seçim zamanı kənar (müəllim,valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək.

Müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.

Öncə sərgilənməmiş - yeni əsərlər görmək istərdik.

Unutmayın ki, bu bir məşğuliyyət növüdür!

I turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqdır.

Mükafatlandırma fondu

· Ən fəal 1 tədrismüəssəsinin kollektiv sərgisi

· Seçilmiş 10 əsərin müəlliflərinin qrup sərgisi

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq

Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.

Oxunub 26 dəfə