Səhifəni çap et
Çərşənbə, 04 Sentyabr 2019 17:12

Aztəminatlı ailələrin birinci sinif şagirdləri Heydər Əliyev Fondu tərəfindən məktəb ləvazimatları ilə təmin olunacaq

fond 040919 2Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin 2019-2020-ci tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr veriləcək.

Fonddan Trend-ə verilən məlumata görə, hədiyyələr ünvanlı sosial yardım alan ailələrin birinci sinif şagirdləri üçün nəzərdə tutulub.

Heydər Əliyev Fondunun sifarişi ilə aztəminatlı ailələr üçün hazırlanan hədiyyə dəsti çanta və gündəlik məktəb ləvazimatlarından ibarətdir və onlar sentyabrın 15-dək qeyd olunan birinci sinif şagirlərinə çatdırılacaq.

Qeyd edək ki, Fond “Təhsilə dəstək” layihəsi çərçivəsində hər il aztəminatlı ailələrin birinci sinif şagirdlərinə çanta və müxtəlif məktəb ləvazimatları hədiyyə edir.

 

Oxunub 150 dəfə