Musiqini Dinlə













Axtarış


Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« March 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə axşamı, 12 Mart 2019 13:56

Azərbaycan amerikalı uşaqların gözü ilə

Azərbaycan amerikalı uşaqların gözü iləMartın 11-də Xətai Sənət Mərkəzində Təhsil Nazirliyinin 2 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzi və ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” Uşaq Mərkəzinin birgə təşkilatçılığı ilə “Yurdumuza bahar gəlir” adlı sərgisi keçirildi. Məlumatı “ELS” Müstəqil Araşdırmalar Mərkəzi yayıb.

 

 

FOTOQALEREYA

Bu rəsmlərin əksəriyyətini Amerika Birləşmiş Ştatlarında yaşayan azyaşlı azərbaycanlı uşaqlar çəkiblər. Baxmayaraq ki, onlar heç vaxt Azərbaycanda yaşamayıblar, doğma vətəni təsəvvürlərində canlandıraraq tabloya köçürməyi bacarıblar.

Uşaq-Gənclər İnkişaf Mərkəzinin müdiri Əminə Musayeva ABŞ-da Azərbaycan mədəniyyətinin təbliği ilə məşğul olan “My Way” Uşaq Mərkəzi ilə illərin əməkdaşlığından danışdı. Mərkəzin rəhbəri Alyona Bədəlova isə Azərbaycanı görməyən amerikalı uşaqların öz balaca dünyalarında tarixi Vətənlərini canlandırmağa çalışdıqlarını vurğuladı. Onun sözlərinə görə, adından da göründüyü kimi, Mərkəzdə hər bir uşaq yolunu özü seçir, istər rəssamlıq, rəqs, vokal, heykəltəraşlıq yaxud gimnastika və digər yaradıcılıq növləri olsun.

Tədbirdə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin ifasında muğam, rəqs, Novruz bayramının adət-ənənələrini əks etdirən səhnəciklər göstərildi.

Sonda gənc istedadlara diplom və hədiyyələr təqdim olundu.

Oxunub 11 dəfə