Musiqini Dinlə













Axtarış


Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« July 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə axşamı, 07 Mart 2019 09:05

Builki Novruz şənlikləri yeni formatda təşkil olunacaq

novruz bayramiviz mubarek by raminmufanDövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun dəstəyi, Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən builki Novruz şənlikləri yeni - festival formatında təşkil olunaraq 20 gün davam edəcək.

Agentlikdən Trend-ə verilən məlumata görə, Azərbaycanın tarixi ənənələrinin və mədəniyyətinin xarici turistlərə çatdırılması, şəhər sakinlərinin və qonaqların bayram günlərində asudə vaxtının maraqlı və səmərəli keçirilməsi məqsədilə təşkil olunan festival “Sahil bağı”nda martın 10-dan 30-dək keçiriləcək.

Festival ərazisi Novruz elementləri və 4 çərşənbəyə müvafiq təbiət rəmzlərinə uyğun dekorasiya edilərək, tematik olaraq bir neçə hissəyə bölünəcək. Festival zonası hər gün saat 11-dən 21:00-dək, xüsusi bayram proqramının təşkil olunacağı 19, 20 və 21 martı əhatə edəcək bayram günlərində isə 23:00-dək ziyarətçilərə açıq olacaq.

Şənliklər ərzində dulusçu, xalçaçı, papaqçı, xarrat, kuklaçı, zərgər kimi sənərkarların əl işləri nümayiş etdiriləcək, master-klasslar göstəriləcək, həmçinin həmin məhsulların satışı üçün yarmarka təşkil olunacaq. Festival boyunca məşhur kulinarlar tərəfindən milli mətbəx nümunələri hazırlanacaq, animatorlar çıxış edəcək, əyləncəli və musiqili proqramlar qonaqlara təqdim olunacaq.

Festivalda UEFA final liqasının brend zonası yaradılacaq, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən futbol meydançası qurulacaq və idmançılarla imza günləri təşkil ediləcək.

İlk dəfə olaraq bayram günlərində Novruz personajları - Bahar qız, Kosa, Keçəl, eləcə də bayramın özü və çərşənbələrin personalizasiyası ilə yeni konsepsiyada musiqili teatr tamaşası nümayiş etdiriləcək.

Oxunub 231 dəfə