Musiqini Dinlə













Axtarış


Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« March 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə axşamı, 28 Fevral 2019 20:55

Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədə körpələr evi-uşaq bağçasında olub

mehriban aliyeva bagca 140219 1Bu gün, fevralın 28-də Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncə şəhərində 32 saylı körpələr evi-uşaq bağçasında olublar. Məlumatı Trend İA yayıb.

 

Direktor Sahilə Hüseynova bildirib ki, hazırda 280 yerlik uşaq bağçasında 4 qrupda 75 uşaq tərbiyə alır. 20 nəfərlik işçi heyəti uşaqların sağlam, savadlı, bacarıqlı, vətənpərvər olmaları üçün əlindən gələni edir. Həyata keçirilən təlim-tərbiyə prosesinin məqsədi uşaqlara ətraf aləmi tanıtmaq, onlara ilkin bilikləri vermək, ünsiyyət qaydalarını öyrətmək, fiziki və əqli sağlamlıqlarını təmin etməkdir.

Mehriban xanım Əliyevaya məlumat verilib ki, 32 saylı körpələr evi-uşaq bağçasının binası 1985-ci ildə inşa edilib. İndi bu məktəbəqədər təhsil müəssisəsinin əsaslı təmirə ehtiyacı var.

Qeyd edək ki, son illərdə Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə yeni uşaq bağçaları inşa və yenidən təmir olunur. Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı bu məqsədlə həyata keçirilir.

Birinci vitse-prezident Mehriban Əliyeva qısa müddət ərzində Gəncə şəhəri 32 nömrəli körpələr evi-uşaq bağçasında keyfiyyətli yenidənqurma işlərinin aparılmasının vacibliyini vurğulayıb.

Oxunub 33 dəfə