Musiqini Dinlə













Axtarış


Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« May 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə, 27 Fevral 2019 21:16

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Suraxanı rayonundakı 2 saylı uşaq evinin sakinləri ilə görüşüb

leyla aliyeva gorush 270219 1Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Suraxanı rayonundakı 2 saylı uşaq evində olub. Fonddan Trend-ə verilən məlumata görə, əvvəlcə Leyla Əliyeva uşaq evinin yeni idman meydançasında yaradılan şəraitə baxıb.

İdman meydançası Heydər Əliyev Fondunun təşəbbüsü və Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə inşa edilib. Burada müxtəlif idman qurğuları quraşdırılıb, azyaşlılar üçün futbol və basketbol meydançası yenidən yaradılıb. Həyətyanı sahə abadlaşdırılıb.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaq evinin sakinləri ilə görüşdü, onlarla söhbət etdi.

Leyla Əliyeva Xocalı soyqırımına həsr olunan bədii kompozisiyanı izlədi.

Tədbirdə iştirak edən Çinin Azərbaycandakı səfiri Vey Cinhua ölkəsində və Azərbaycanda uşaqlara, xüsusən aztəminatlı və xüsusi qayğıya ehtiyacı olanlara yüksək diqqət göstərdiklərini bildirdi.

“Uşaqlar ölkənin gələcəyi, millətin ümidləridir. Biz 2 saylı uşaqlar evində yaradılan yüksək şəraitə, təhsil avadanlığına və güclü müəllim heyətinə görə ürəkdən şadıq. Buradakı uşaqlar bütün lazımi vasitələrlə, böyük qayğı ilə əhatə ediliblər. Bu uşaqlar ata-anaları ilə bir yerdə olmasalar da, yenə xoşbəxtdirlər. Çünki onlar hər cür qayğı ilə əhatə olunublar”, – deyən diplomat diqqətə çatdırıb ki, bu, Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın uşaqların sağlam və savadlı böyüməsinə göstərdiyi diqqətin təzahürüdür.

Səfir uşaqlara xoşbəxt həyat, güclü və sağlam böyüyərək qabiliyyətli şəxslər kimi yetişməyi, gələcəkdə onların da Çin-Azərbaycan dostluğuna töhfə vermələrini arzulayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və digər qonaqlar uşaq evinin sakinlərinin Xocalı soyqırımının 27-ci ildönümünə həsr etdikləri rəsm əsərlərinin sərgisi ilə də tanış oldular. Uşaqlar öz əsərləri barədə məlumat verdilər.

Qeyd edək ki, uşaq evlərinin sakinlərinin qayğılarını, burada onlar üçün yaradılmış şəraiti daim diqqət mərkəzində saxlayan Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2 saylı uşaq evi üçün 2016-cı ildə Zirə qəsəbəsində “Dalğa” yay düşərgəsi də inşa olunub.

Oxunub 123 dəfə