Musiqini Dinlə













Axtarış


Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« May 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə, 27 Fevral 2019 21:13

Leyla Əliyeva Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda

leyla aliyeva institut 270219 5Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub. Məlumatı Fonda istinadən Trend İA yayıb.

Leyla Əliyevaya müəssisə barədə məlumat verilib. Belə ki, 1944-cü ildən fəaliyyət göstərən institut hazırda üç hissədən ibarətdir: klinika, mərkəzi qan bankı və elm bölməsi. Klinikanın tərkibinə böyüklər üçün iki hematoloji şöbə, uşaq hematologiyası, reanimasiya və intensiv terapiya, konsultativ poliklinika, klinik-diaqnostik laboratoriya və talassemiyanın profilaktikası şöbələri daxildir. İnstitutun elm hissəsində bu sahənin aktual problemlərinə həsr olunan tədqiqatlar aparılır.

 

Leyla Əliyeva institutun mərkəzi qan bankında olub. Bank donor qanının tədarükü, işlənilməsi, yoxlanılması və paylanması ilə məşğul olur. Mərkəzi qan bankının respublikada 8 bölməsi fəaliyyət göstərir. Burada nikaha daxil olan şəxslər talassemiyalara görə müayinədən keçirilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti burada müalicə alan uşaqlarla görüşüb, onlarla söhbət edib, uşaqların səhhəti, müalicəsi zamanı istifadə edilən üsullar ilə maraqlanıb. Sonda Heydər Əliyev Fondunun vitse-prezidenti tibb ocağında müalicə alan uşaqların tezliklə sağalmalarını arzulayıb.

Qan xidməti üzrə Dövlət Proqramının yerinə yetirilməsi nəticəsində hazırda müalicə müəssisələrinin təhlükəsiz və keyfiyyətli qan və qan komponentləri ilə təmin edilməsi məsələsi həll edilib. Donorluğun təbliği sahəsində müasir üsullardan istifadə edilməsi ildən-ilə donorların sayının və tədarük edilən qan və onun komponentlərinin miqdarının artmasına gətirib çıxarıb. Hazırda respublika üzrə donorların sayı 90 min 490 nəfərdir.

Oxunub 128 dəfə