Musiqini Dinlə













Axtarış


Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« February 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28      

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə, 25 Yanvar 2019 11:43

UNICEF rəsmisi: Azərbaycanda uşaqlar arasında boy artımı ilə bağlı problemlər var

boy resize 210119Azərbaycanda uşaqlar arasında boy artımı ilə bağlı problemlər var. Bunu Trend-ə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova deyib. Onun sözlərinə görə, Azərbaycanda 5 yaşadək uşaqların orta hesabla 18 faizi öz yaşına uyğun boya malik deyil.

T.Cəmilova əlavə edib ki, 5 yaşadək uşaqların hər üçündən biri anemiyanın müxtəlif dərəcələrindən əziyyət çəkir: “Yəni bir sıra narahatedici məqamlar var. Digər tərəfdən, uşaqların xəstələnməsi vəziyyəti ilə bağlı xeyli yaxşılaşma müşahidə olunur. Körpə ölümü göstəricisi ildən-ilə azalır. Hətta BMT-nin hesablamaları üzrə bu göstəricilər aşağıya doğru yerini dəyişir. Beynəlxalq qurumlar da Azərbaycanın bu sahədəki uğurunu qeyd edirlər”.

UNICEF-in proqram rəhbəri uşaqların sağlamlıq vəziyyətinin göstəriciləri ilə bağlı sonuncu dəfə 2013-cü ildə Səhiyyə Nazirliyi ilə birgə araşdırma apardıqlarını da açıqlayıb.

Qeyd edək ki, 2017-ci ildə (2018-ci il üzrə statistik göstəricilər hələ açıqlanmayıb) 29 167 (2016-cı ildə 28 948) uşağa ilk dəfə anemiya diaqnozu, 1026 uşağa (2016-cı ildə 982) ilk dəfə olaraq boy artımının ləngiməsi və zəiflik, 254 uşağa (2016-cı ildə 353) yod çatışmazlığı, 23 uşağa isə (2016-cı ildə 67) A vitamini çatışmazlığı diaqnozu qoyulub.

Oxunub 49 dəfə