Musiqini Dinlə













Axtarış


Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« October 2018 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Şənbə, 29 Sentyabr 2018 20:23

“Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib

IDEASentyabrın 29-da IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib. Birlikdən Trend-ə verilən məlumata görə, uşaqların ətraf mühit və canlı aləm barədə biliklərinin artırılması məqsədini daşıyan laboratoriyanın sentyabr təlimi ağaclar və fəsillər mövzusuna həsr olunub.

Təlim zamanı uşaqlara ilin fəsilləri və xüsusiyyətləri barədə geniş məlumat verilib. Həmçinin uşaqlar ağacların ilin fəsillərinə uyğun dəyişməsi və inkişafı prosesi ilə tanış olublar.

Təlimin gedişində iştirakçılar bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak edib, o cümlədən müxtəlif ağac yarpaqlarından kiçik “sənət əsərləri” düzəldiblər. Daha sonra uşaqları yaşıllıqların qorunmasına təşviq etmək məqsədilə onlara IDEA İctimai Birliyinin ağacların əkilmə qaydalarından bəhs edən bukletləri paylanılıb. Sonda “kiçik ekoloqlar”la birgə ağaclar əkilib və bitkilərə qulluq göstərilib.

IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə əməkdaşlığı ilə keçirilən sentyabr təlimi uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də onlara ağacların planetimiz üçün çox mühüm əhəmiyyətə malik olduğunu dərk etmələri baxımından mühüm töhfə verib.

IDEA İctimai Birliyinin Bakı və Gəncə şəhərlərində yerləşən Resurs Mərkəzlərində hər ay təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA ilə (Bakı şəhəri üçün: 012 497-63-16; Gəncə şəhəri üçün: 022 264-01-48) əlaqə saxlamaq xahiş olunur.

Oxunub 45 dəfə