Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« June 2020 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə axşamı, 29 Noyabr 2011 16:13

Uşaq İnternet Portalının ilkin versiyasının ictimai müzakirəsi

29 11 2011

Cari ilin noyabrın 29-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə sentyabrin 15-dən həyata keçirdiyi “Uşaq İnternet Portalının yaradılması” layihəsi çərçivəsində “Caspian Plaza” Biznes Mərkəzinin konfrans zalında “Uşaq İnternet Portalının ilkin versiyasının ictimai müzakirəsi” mövzusunda Dəyirmi Masa keçirmişdir. 

 

 

FOTOQALEREYA

Tədbirə AzərbaycanRespublikası PrezidentininAdministrasiyası, TəhsilNazirliyi, Mədəniyyətvə TurizmNazirliyi, ARPrezidentiyanındaQeyri-HökumətTəşkilatlarınaDövlətDəstəyi Şurası, Ailə, Qadınvə UşaqProblemləri üzrə DövlətKomitəsivə digəraidiyyətlirəsmiqurumlarıntəmsilçiləri, görkəmlimədəniyyətvə incəsənətxadimləri, habelə uşaqyaradıcılıqkollektivləri, yerliQHT-lər, beynəlxalqtəşkilatlarvə KİVnümayəndələridəvətolunmuşdular.  

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova Azərbaycanda ilk dəfə yaradılan Uşaq İnternet Portalının ilkin versiyasını Dəyirmi Masa iştirakçılarına təqdim etdi. Əsasən böyüklər, xüsusən də valideynlər və uşaqlarla işləyən peşəkarlara, o cümlədən, gənc nəslin nümayəndələrinə ünvanlanan Portalın hələlik yalnız Azərbaycan dilində olduğunu deyən layihə rəhbəri Azərbaycanda uşaq və yeniyetmələrin mədəni inkişafı üçün yaradılmış imkanların dünya ictimaiyyətinə çatdırılması məqsədilə portalın gələcəkdə rus, ingilis, ispan, alman və fransız dillərində də olacağını vurğuladı. Onun sözlərinə görə, Azərbaycanda uşaqlar üçün yazılmış incəsənət əsərlərinin yer aldığı Portalın məlumat bazasında Azərbaycan haqqında məlumatlarla yanaşı, eyni zamanda uşaq və gənclər haqqında qanunvericiliyi tənzimləyən beynəlxalq və milli sənədlər, faydalı linklər və digər zəruri məlumatlar yerləşdirilmişdir.  

Portalın uşaqların mədəni, mənəvi və fiziki inkişafından xəbər verən bölmələrində dövlət və qeyri-dövlət uşaq yaradıcılıq mərkəzləri və müxtəlif profilli bir çox məktəbdənkənar müəssisələr haqqında məlumatlar, o cümlədən ekoloji dərnəklər, uşaq-gənclər idman və şahmat məktəblərində, gənc turistlər və diyarşünaslıq mərkəzlərində təhsil alan uşaqların fəaliyyəti və əldə etdikləri uğurlar diqqətdən kənarda qalmayıb. Uşaqların yaradıcılığını əks etdirən əsərlər və əl işləri “Qalereya” bölməsində öz əksini tapmışdır. Qeyd olunanlardan başqa portalda bir çox maraqlı və faydalı məlumatla tanış olmaq olar.  

ELS-ın əməkdaşları və könüllüləri ilə yanaşı portalın yaradılmasında tanınmış incəsənət xadimləri, mütəxəssislər, habelə Bakı Slavyan Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri (könüllü qismində) iştirak edirlər.  

Müzakirələr zamanı Dəyirmi Masa iştirakçıları gənc nəslin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayacaq Portalın təkmilləşdirilməsinə dair bir sıra təkliflər irəli sürdülər.    

 Qeyd edək ki, “Uşaq İnternet Portalının yaradılması” layihəsi dekabrın 15-də başa çatacaq.  

 Mərkəzin Mətbuat xidməti

 

Oxunub 1489 dəfə