“Təbəssüm” uşaq teatrı yeni uğuruna imza atdı
Beynəlxalq müsabiqələrin laureatı və qalibi “Təbəssüm” Uşaq Musiqili Teatrının kollektivi dekabrın 29-da Rəşid Behbudov adına Mahnı Teatrında tamaşaçılarına ilin yekun konsert proqramını təqdim etdi. Yeni il üçün xüsusi hazırlanmış tamaşa ilə uşaqları sevindirən gənc istedadlar bir-birindən maraqlı və rəngarəng rəqs və mahnılarla da çıxış etdilər. Gecənin görüntülərini təqdim edirik.
“ELS” təbrik edir…
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə ölkədə və onun hüdudlarından kənarda yaşayan həmvətənlilərini ürəkdən təbrik edir, onları həmrəyliyə, dövlətçiliyə və Azərbaycanın milli maraqlarına xidmət etməyə çağırır. Hər bir azərbaycanlı ailəsinə can sağlığı, xobəxtlik və əminamanlıq!
Bayramınız mübarək!
Bu gün Prezidentimizin doğum günüdür
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür. 11 ildən artıq müddətdə dövlətə rəhbərlik edən İlham ƏliyevAzərbaycanın ümummilli lideri Heydər Əliyevin ideyalarını və prinsiplərini həyata keçirərək Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi siyasətini uğurla davam etdirir. Azərbaycan Respublikası məhz onun rəhbərliyi altında siyasi və iqtisadi inkişafda mühüm uğurlar qazanmış, beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsinə nail olmuşdur. “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi dövlət başçısını doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, Azərbaycanın dövlət quruculuğunda, o cümlədən həyat fəaliyyətinin bütün sahələrində daha böyük tərəqqi əldə etməsinə və beynəlxalq nüfuzunun möhkəmləndirilməsində uğurlar arzulayır.
“ELS” təbrik edir!
Fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın bir sıra tanınmış mədəniyyət xadimlərinə fəxri adlar verilib. Onların arasında xalq mahnılarının mahir ifaçıları Gülyaz və Gülyanaq Məmmədova bacıları da var.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi bu xanımlarla 2012-ci ildə Azərbaycanın ilk qadın-bəstəkarı, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin tələbəsi, ictimai xadim Ağabacı Rzayevanın 100-illik yubileyinə həsr olunmuş gecəyə hazırlıq ərəfəsində tanış olmuşdur. Dekabrin 10-da Rəşid Behbudov adına Mahnı Teatrında “ELS” Müstəqil Arazdırmalar Mərkəzinin təşkilatçılığı ilə Ağabacı xanım Rzayevanın 100 illik yubileyinə həsr olunmuş gecədə Gülyaz və Gülyanaq Məmmədovalar boyük həvəs və təmannasız olaraq bəstəkarın əsərlərini ifa etmişlər. Bundan əlavə Təşkilatın 2013-cü ilə keçirdiyi “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin qala konsertində Gülyanaq Məmmədova qalib mahnı olan “Ana laylası”nı ifa etmişdir. Azərbaycan incəsənətinin gözəl nümayəndələri ilə əməkdaşlıq bu gün də davam edir.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Xalq artisti adına layiq görülmüş Gülyaz və Gülyanaq Məmmədovları təbrik edir, yaradıcıqlarında yeni-yeni uğurlar arzulayır.
Bəstəkar Firəngiz Əlizadə “Grammy” mükafatının namizədləri sırasında
Bu günlərdə beynəlxalq “Qrammy” mükafatının “Klassik musiqi” nominasiyasında namizədlərin adları açıqlanıb. Onların arasında tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin də adı var ki, bu da Azərbaycan musiqisi tarixində ilk belə əlamətdar hadisədir.
Digər iki namizəd isə amerikalı müasir musiqiçi Lera Auerbax və məşhur “Anna Frankın gündəlikləri” operasının bəstəkarı Meçislav Vaynberqdir.
Qeyd edək ki, mükafatlandırma mərasimi 8 fevral 2015-ci il tarixində keçiriləcək.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi Firəngiz xanımı nüfuzlu mükafata təqdim olunması münasibətilə təbrik edir və “Klassik musiqi” nominasiyasında “Grammy” mükafatının qalibi olmağı arzulayır.
“ELS” kədərlənir...
Ötən gün Pakistanda heç cür ağla sığmayan dəhşətli faciə baş verib. Milliyyəti və dini bilinməyən (terrorçunun nə milliyyəti, nə də dini olur) 9 amansız qatil Peşavar vilayətinin nüfuzlu məktəbinə basqın edərək orada qırğın törədiblər. Rəsmi məlumata görə, faciə nəticəsində 150 nəfər həlak olub, bir o qədər də insan yaralanıb və bu, əsasən...məktəblilərdir.
Amansız qatillərin əlindən həlak olan uşaqlar və yeniyetmələrin yaxınlarının vəziyyəti və kədərini təsəvvür etmək belə çətindir. Onları yaşamaq, oxumaq, gələcəyə ümidlə baxmaq hüququndan məhrum ediblər!
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır.
Allah rəhmət eləsin!