Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

21.04.2015Martın 19-da “Günay” Uşaq Teatrının gənc aktyorları Rəşid Behbudov adına Mahnı Teatrında “Arşın mal alan” hesabat tamaşası ilə çıxış ediblər. Bu, uşaqların Belorusda “Şaqi” (“Addımlar”) III Minsk Beynəlxalq Uşaq Teatr Forumunda müvəffəqiyyətli çıxışı və müxtəlif nominasiyalarda Azərbaycana 3 diplomla  qayıdışından sonra baş verib.

Görüşü giriş sözü ilə açan Teatrın əvəzsiz rəhbəri Larisa Tarusova beynəlxalq müsabiqələrdə əldə etdikləru uğurlardan, o cümlədən Rusiya, Belorus, Polşa, Bolqarıstan, Macarıstan, Türkiyə, Fransadan hər dəfə Vətənə mükafatlarla döndiklərini vurğulayıb.

FOTOQALEREYA

Cümə, 17 Aprel 2015 19:09

BƏYANAT

elsELS Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyi Avropa Parlamentində qəbul olunan qondarma “erməni soyqrımı” ilə bağlı əsassız və qərəzli qətnaməni qətiyyətlə pisləyir. İkili standartlardan xəbər verən və erməni lobbisinin təsiri altında bir sıra avropalı deputatlar tərəfindən qəbul olunan qətnamə əslində Avropa Parlamentinin siyasi alətə çevrilməsindən xəbər verir. Görəsən tarixi saxtalaşdıran erməni daşnaklarının müdafiəçisinə çevrilən Avropanın bu kimi nüfuzlu qurumlarının əsrlər boyu azərbaycanlılara qarşı törədilən vəhşiliklərdən xəbəri varmı? 25 ildən artıq müddətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal altında saxlaması, bir milyondan artıq dinc sakinin doğma ata-baba yurdlarından didərgin salması, yüzlərlə insanı qətlə yetirməsi faktlarını qulaq ardına vuran avropalı siyasıtçilərinin bu qərarı onsuz da həssas olan regionda yeni gərginliyə səbəb olacaq. Onlarla video, foto və sənədin olmasına baxmayaraq Xocalı soyqırımını hələ də tanımayan Avropa qurumları 100 il əvvəl sübuta yetirilməmiş “soyqırımı” necə tanıya bilər?

ELS Müstəqil Araşdırmalar Mərkəzi Türkiyə və Azərbaycan dövlətlərinə qarşı yönələn və heç bir hüququ əsası olmayan bu qətnaməni rədd edir və Azərbaycan hökümətini Avropa Parlamenti ilə münasibətlərinə yenidən baxmağa çağırır. 

08.04.2015"Təbəssüm" Uşaq Musiqili Teatrı Gürcüstanda keçirilən Vaxtanq Cabukiani adına II Beynəlxalq festival-müsabiqədə iştirak edib. Azərbaycanı bu festivalda təmsil edən “Təbəssüm” Turacı və Baskalı rəqsləri ilə I yeri qazanıb. Baskalı rəqsinin  quruluşuna görə xoreoqraf Rəşidə Məmmədova 1-ci yere, “Təbəssüm” Uşaq Teatrının müdiri Əminə Musayeva isə ən yaxşı təşkilatçı kimi mükafata layiq görülüb.  

Aprelin 3-5-də keçirilən festival-müsabiqə Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi, Gürcüstan Dövlət İncəsənət Universitetinin kafedra müdiri, məşhur xoreoqraf Natalya Diqmelaşvilinin təşkilatçılığı ilə reallaşib. Festivalda Rusiya, Gürcüstan, Türkiyə, Azərbaycan, Hollandiya, Almaniya, Ermənistan və Ukraynadan olan rəqs kollektivləri iştirak edib. 

FOTOQALEREYA

29.03.2015Gunay“Günay” üç diploma layiq görülüb

“Günay” Uşaq Teatrı Azərbaycanı təmsil etdiyi “Şaqi” (”Addımlar”) ІІІ Minsk Beynəlxalq uşaq teatr forumundan qələbə ilə Vətənə qayıdıb. Martın 25-28-də Belorus Respublikasında keçirilən bu nüfuzlu beynəlxalq foruma “Günay” Uşaq Teatrı Minsk şəhər İcra Hakimiyyətinin gənclərlə bağlı ideoliji iş və mədəniyyət üzrə Baş İdarəsi tərəfindən rəsmən dəvət olunmuşdur. 

“Günay” Uşaq Teatrı Azərbaycanın teatr sənətini Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyası ilə təqdim edib. “Günay”ın tamaşası tamaşaçıları heyrətə gətirib və münsiflər heyəti tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycanın kollektivi üç diplomla təltif edilən kollektiv olub. Gənc aktyorlar Vətənə yaradıcılıq təəssüratları, pozitiv emosiyalar, həmçinin qonaqpərvərlik,  dost münasibəti və kollektivin yüksək qiymətləndirilməsinə görə Belorusa  minnətdarlıq hissi ilə qayıdıblar...

FOTOQALEREYA

Çərşənbə axşamı, 31 Mart 2015 11:15

31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür

31martErməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 97 il ötür. APA-nın məlumatına görə, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib.

Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.

14276409802959445385 750x5006-10 aprel tarixlərində Bakı Musiqi Akademiyasında “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” I Respublika festivalı keçiriləcək. BMA-dan APA-ya verilən məlumata görə, Üzeyir Hacıbəylinin anadan olmasının - 130, Bakı Musiqi Akademiyasının - 95 və BMA-nın Orta ixtisaslaşdırılmış musiqi məktəb-studiyasının - 35 illiyinə həsr olunmuşdur.  

Festivalın ideya müəllifi və layihənin rəhbəri  BMA-nın Orta ixtisaslaşdırılmış musiqi məktəb-studiyasının bədii rəhbəri və direktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidovdur.

Bəstəkarlıq, xor, fortepiano, vokal, orkestr alətləri, xalq çalğı alətləri nominasiyaları üzrə iştirakçıların ifalarını Azərbaycan musiqi mədəniyyətinin görkəmli ictimai xadimləri - SSRİ və Azərbaycanın xalq artistləri, professorlar Arif Məlikov, Fidan və Xuraman Qasımovalar, Ramiz Quliyev, Sevda İbrahimova, Gülbacı İmanova, Zəhra Quliyeva, Yusif Axundov, Nəzmiyyə Abbaszadə, Tofiq Aslanov və başqaları qiymətləndirəcəklər.

47 -dən səhifə 107