Bakı məktəblərində buraxılış imtahanı keçirilir
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu gün eyni zamanda Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verirlər.
IX sinif şagirdləri üçün imtahan saat 10-da, XI sinif şagirdləri üçün isə saat 15-də başlanır. Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 76 imtahan mərkəzi yaradılıb.
ANONS! İyunun 3-də “ELS” yenidən İctimai Televiziyanın efirində
İyunun 3-də ELS" Müstəqil Araşdırmalar Mərkəzi - İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziya ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində 6 verilişdən sonuncu efirə gedəcək.
Ekspertlər “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri İradə Yaqubova, Təhsil Nazirliyinin təmsilçisi Maral Salmanova, Təhsil nazirliyinin tabeliyində olan Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin direktoru, əməkdar müəllim Lalə Qəti və Bakı şəhəri 34 saylı Texniki Yaradıcılıq Mərkəzinin direktoru Həsən Qaralov “Açıq dərs” verilişində “Uşaqların asudə vaxtının təşkili” mövzusu ətrafında müzakirələr aparacaqlar.
Beləliklə, iyunun 3-də saat 19:00-da İctimai Televiziyanın efirində yayımlanacaq növbəti və sonuncu buraxılışı qaçırmayın!
“Sehrli alma” baletinin premyerası oldu
Oqtay Zülfüqarov 86-cı baharını belə qeyd etdi
Mayın 31-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun uşaqlar üçün yazdığı “Sehrli alma” baletinin premyerası keçirildi. İki pərdədən ibarət balet “Məlikməmməd” nağılının motivləri əsasında səhnələşdirilib.
Anşlaqla keçən premyeranı böyüklərlə bərabər uşaqlar da çox böyük maraqla izləyirdi. Peşəkar ifa, dimamiklik, hər kəsə aydın musiqi, möhtəşəm kostyum seçimi, bir sözlə, səhnədə hər şey vəhdət təşkil edirdi.
86 yaşını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında qeyd edən bəstəkarı alqış və gül yağışına tutan tamaşaçılar gözəl anlar yaşadıqlarına görə Milli Metrə minnətdarlığını bildirirdi.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi sevimli bəstəkarı doğum günü və anşlaqla keçən premyara münasibətilə ürəkdən təbrik edir, yeni-yeni əsərlər gözləyir! VIDEO
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir. Ölkəmizdə uşaq və yeniyetmə yaşında olan gənclərin təxminən 95 faizi təhsil alır. Onların böyük bir qismi pulsuz tibbi xidmətlə təmin olunub.
Mütaliəyə bugünkü münasibət bizi qane edirmi?
“Açıq dərs”də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin müzakirələri davam edir
Mayın 27-də ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və İctimai Televiziyanın dəstəyilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İctimai Televiziyanın “Açıq dərs” verilişində növbəti aktual mövzusu müzakirəyə çıxarılmışdır.
Studiyanın ekspertləri “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru İradə Yaqubova, Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova, yazıçı,“Sehrli Dünya” jurnalının baş redaktoru Gulzar Ibrahimova və sevimli şairimiz Vahid Əziz orta ümumtəhsil məktəblərinin müəllim, kitabxana müdirləri və şagirdləri ilə birgə “Kitab dostumuzdur, yoxsa...? Mütaliəyə bugünkü münasibət” mövzusu ətrafında fikir mübadiləsi aparmışlar.
Prezident İlham Əliyev: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünya miqyaslı tarixi hadisə idi”
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünya miqyaslı tarixi hadisə idi. Çünki müsəlman aləmində ilk demokratik respublika yaradılmışdı. Biz fəxr edirik ki, bu tarixi Azərbaycan xalqı yazıb.Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bir daha onu göstərir ki, Azərbaycan xalqı çox istedadlı, vətənpərvər və mütərəqqi xalqdır. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu”. APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham ƏliyevAzərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbuldakı nitqində deyib.
“Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi bizim üçün əzizdir. Azərbaycan dövləti və Azərbaycan xalqı onların xatirəsini ehtiramla yaşadır. Bir neçə il bundan əvvəl mənim Sərəncamımla Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Bu gün səhər mən o abidəni ziyarət etdim”, dövlət başçısı qeyd edib.