Yay mövsümünün başlaması ilə əlaqədar Qaradağ rayonunda “Uşaq festivalı” təşkil edilib
Yay mövsümünün başlaması ilə əlaqədar Qaradağ rayonunun Lökbatan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Uşaq festivalı” şənliyi təşkil edilib. Şənlikdə Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşları, 9 nömrəli xüsusi internat məktəbinin, 6 nömrəli uşaq somatik sanatoriyasının və “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin, eləcə də aztəminatlı ailələrin uşaqları iştirak ediblər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova tədbirdə çıxış edərək bu gün ölkəmizdə uşaqlara və yeniyetmələrə göstərilən diqqət və qayğıdan danışıb, onlara yaradılan hərtərəfli şəraitin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd edib...
“Bakı 2015”: I Avropa Oyunlarının rəsmi bağlanış mərasimi keçirilib
APA-nın məlumatına görə, bağlanış mərasimi bu gün saat 21:00-da Bakı Olimpiya Stadionunda başlayıb. Səhnədə Qız qalası ucalıb, qalanın ən yüksək zirvəsindən İçərişəhərin divarları arxasında Simurq quşu əfsanəsində vəd edilən oyanışı gerçəkləşdirərək simasını dəyişən şəhər - Bakı, “Alov qüllələri” görünüb. Bağlanış mərasimində şeypurun sədaları Azərbaycan prezidenti İlham Əliyevi, “Bakı 2015”:
I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı və Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikkini salamlayıb. Bakıyadək bütün qədim məkanları diyar-diyar dolaşan xalça ilmələri stadionun ekranlarında canlanıb. Geriyə sayım sıfıra çatdığı an xor dövlət himnini yeni simfonik aranjmanda ifa edib və Azərbaycan bayrağı yüksəlib.
“İlk Avropa Oyunları gənc rəssamların gözü ilə” layihəsi çərçivəsində sərgi təşkil edilib
Iyunun 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə “İlk Avropa Oyunları gənc rəssamların gözü ilə” layihəsi çərçivəsində gənc rəssamların rəsm işlərindən ibarət sərgi açılıb.
Bakıda ilk Avropa Oyunlarına start verildi
Bu gün səhər saat 09:00-da Bakı Su İdmanı Mərkəzində sinxron üzgüçülərin mübarizəsi başlayıb. Təsnifat mərhələsində sərbəst hərəkətləri yerinə yetirəcək üzgüçülər Avropa Oyunları tarixinə mübarizəyə başlayan ilk idmançılar kimi düşəcək. Mərkəzin hovuzunda 20 duet mübarizə aparacaq. Onlar iyunun 15-də baş tutacaq final mərhələsinə vəsiqələrin sahiblərini müəyyənləşdirəcək.
Yarışların tarixində mübarizəyə qoşulacaq ilk idmançılar isə Belarus təmsilçiləri Anna Şulyina və Dominika Tsıplakova olacaq. Ardınca Slovakiya, Polşa, Macarıstan, İspaniya, Çexiya, Rusiya, Türkiyə, Ukrayna, idmançıları bacarığını nümayiş etdirəcək.
ELS layihənin yekun təqdimatını keçirdi
İyunun 5-də “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Beynəlxalq Mətbuat Mərkəzində “Milli-mənəvi dəyərlərin qorunmasında İKT-nin rolunun gücləndirilməsi”layihəsinin yekun təqdimatının keçirmişdir. Aprelin 9-dan başlayan layihə ELS-in Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, Təhsil Nazirliyi və İctimai Televiziyanın iştirakı ilə mümkün olmuşdur.
Tədbirdə çıxış edən “ELS” Müstəqil Araşdırma Mərkəzinin rəhbəri İradə Yaqubova bildirib ki, aprelin 23-də aidiyyatı dövlət qurumları, qeyri-hökümət təşkilatları, kütləvi-informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən layihənin ilkin təqdimatı zamanı "ELS”-ın aprel ayında Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin 740 şagird və tələbələri arasında apardığı sorğunun nəticələri təqdim edilmişdir...
“Uşaqların asudə vaxtının təşkili” İctimai Televiziyanın efirində
İyunun 3-də İctimai Televizyanın “Açıq dərs” verilişində “ELS" Müstəqil Araşdırmalar Mərkəzi - İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziya ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Uşaqların asudə vaxtının təşkili” mövzusu müzakirə olunub.
Ekspertlər “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri İradə Yaqubova, Təhsil Nazirliyinin təmsilçisi Maral Salmanova, Təhsil nazirliyinin tabeliyində olan Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin direktoru, əməkdar müəllim Lalə Qəti və Bakı şəhəri 34 saylı Texniki Yaradıcılıq Mərkəzinin direktoru Həsən Qaralov, həmçinin studiyanın qonaqları Azərbaycanda fəaliyyət göstərən məktəbdənkənar mərkəzlərin direktorları və şagirdləri mövzu ilə bağlı bir sıra aktual məsələlərə toxunmaqla tamaşaçılara maraqlı anlar yaşadıblar.